İngiltərə premyer liqasında 3-cü tura yekun vurulub.
Sonuncu görüşdə “Mançester Yunayted” və “Liverpul” arasında İngiltərə derbisi keçirilib. Oyuna mankunyanlar daha yaxşı başlayıblar. Onlar 16-cı dəqiqədə istəklərinə çatıblar. Ceydon Sanço müdafiəçiləri və qapıçını məharətlə aldadaraq topu qapıdan keçirib. 1-ci hissə minimal hesabla yekunlaşıb. “Mançester Yunayted” 2-ci yarıya da qolla başlayıb. 53-cü dəqiqədə Markus Reşford qapıçı Alissonla dueldə qalib gəlib. “Liverpul” qalan vaxtda təhlükəli hücumlarla yadda qalsa da, qollardan yalnız 1-nin əvəzini çıxa bilib. 81-ci dəqiqədə Məhəmməd Salah başla fərqlənib. “Liverpul”un heyətində 120-ci qolunu vuran misirli futbolçu bu göstəricidə klubun əfsanəsi Stiven Cerarda çatıb. Qeyd edək ki, mersisaydlıların tarixində ən sərrast futbolçu Robbi Faulerdir. Beləliklə “Mançester Yunayted” 3-cü turda İngiltərə derbisində “Liverpul”u 2:1 hesabilə məğlub edərək premyer liqada ardıcıl 2 məğlubiyyətdən sonra ilk qələbəsini qazanıb. Yürgen Klopun komandası 2 heç-heçədən sonra uduzub.